Psixoloq: “Sosial şəbəkə filterləri natamamlıq kompleksi yaradır”

SOSİAL 12 may 2022, 15:00
Hər birimiz gözəl görünmək istəyirik. Amma gözəllik anlayışımız da kimlərsə tərəfindən müəyyənləşdirilir. Sosial media tətbiqləri istifadəçilərə gözəllik filterləri funksiyası təklif edir. Bu filtrlər isə sonradan insanlarda natamamlıq kompleksi yaradır və nəticədə özümüzü bəyənmirik. Bu isə plastik-kosmetoloji prosedurları zərurətə çevirir. 

Amerika Birləşmiş Ştatlarında Plastik Cərrahiyyə Akademiyasının statistikasına əsasən, bu cür əməliyyatların 55 faizi sosial mediada daha yaxşı görünmək həvəsindən qaynaqlanır. İnsanlar media platformalarındakı xüsusi effektlərdən ilhamlanıb kosmetoloji prosedurlara üz tuturlar. Əvvəllər insanlar özlərini məşhurlara bənzətməyə çalışardılar. İndi isə öz filterli şəkillərinə oxşamaq istəyirlər:

“Mən Marlayam. Nyu yorkda yaşayıram. Mən sosial mediada influserəm. Buna görə də auditoriyanı cəlb etməliyəm. Belə olan halda instagaram filterləri mənim işimə yarayır. İnsanlar mənimlə şəxsən görüşmək istəyirlər.” 

“Mən Levi Jed Murphy sosial media influseriyəm. Dodaqlarımı, yanağımı, çənəmi və gözlərimi əməliyyat etdirmişəm. İlk proseduru 18 yaşımda etdim. İzləyicilərimi cəlb etmək üçün fərqli görünməliyəm. Yəni düşündüm ki, bu filterlərdən istifadə edərək gözəl görünürəmsə niyə bunu birdəfəlik etməyim? Bu filterlərdəki halıma bənzəmək üçün 20 min dollardan çox pul xərcləmişəm.” 

Şəkillərimizi gözəlləşdirən bu filtrlərin səbəb oluduğu nəticələr elmdə “Snapchat dismorfiyası” yəni forma qavrayış pozuqluğu adlanır.
 
Mövzu ilə əlaqədar psixoloq Rafiq Allahverdiyev fikirlərini Demokrat.az-la bölüşüb. 



“İnsanın psixikasında “mən belə ola bilərəm”, axı bütün insanların psixologiyasında araşdırmaq, axtarmaq, ölümsüzlük, əbədilik instinkti dayanır. Həmin xanım özünü orda görəndə düşünür ki, kosmetik vasitələrlə bacarmadım, estetik müdaxilələrlə mən daimi belə qala bilərəm. Ona görə də onlar estetik müdaxilələrə təhrik olunurlar. Beləliklə də, bu sahə ilə məşğul olan insanların biznes tələsinə düşmüş olurlar”.   

Buna baxmayaraq təbii gözəlliyin daha vacib olduğunu düşününlər də var:

“İstəyirlər ki, hər biri gözəl görsənsin. Təbii gözəllik mənə elə gəlir daha yaxşıdır. Sonradan olan süni gözəllik istər-istəməz bilinir. Eyni ola bilməz, fərqli olmalıdır. Biri digərindən fərqli olmalıdır. Hər bir kəs eyni tərzdə ola bilməz”.

“Azərbaycan qadınları onsuzda gözəldi. Amma əgər özlərini təbii şəkildə qorusalar, heç kosmetoloji ləvazimatlara, gözəllik ləvazimatlarına ehtiyacları olmayacaq. Məncə, qadınlar gözəlləşmək istəyirlər. Ona görə eləsələr də o təbii gözəlliyi saxlasalar daha yaxşı olar” – deyə psixoloq əlav edib.

Nə qədər inkar etsək də, reallıq ondan ibarətdir ki, sosial şəbəkələrdə paylaşdığımız şəkillərin çoxunda effektdən istifadə edirik. Ehtiyac olmayanda belə plastik əməliyyat etdiririk. Təbii ki, tibbin imkanlardan yararlanmaq gözəldir. Özümüzü biznes hədəfinə çevirməmək şərtilə. 

Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top