“Vəziyyəti sülh yolu ilə həll etmək istəyirdim, imkan vermədilər” — PUTİN

GÜNDƏM 09 may 2022, 21:39
“Rusiya Ukraynadakı vəziyyəti sülh yolu ilə həll etmək istəyərdi, lakin bizə belə imkan verilmədi”.

 Rusiya prezidenti Vladimir Putin bunu separatçı “DXR”in “Sparta” batalyonunun öldürülmüş komandiri Vladimir Joqanın atası Artyom Joqanı qəbul edərkən deyib.

“Əgər bu problemi başqa yolla, sülh yolu ilə həll etmək üçün heç olmasa bir şans olsaydı, əlbəttə ki, bundan istifadə edərdik. Amma bizə bu şansı buraxmadılar, sadəcə olaraq vermədilər”, – Putin deyib.

O, bir daha Ukraynadakı hərbi əməliyyatın elan edilmiş nəticələrə nail olacağına əminliyini ifadə edib.

Putin Vladimir Joqanı ölümündən sonra Rusiya Qəhrəmanı Ulduzu ilə təltif edib. Ulduzu Artyom Joqaya təqdim edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top