BŞBPİ-nin rəis müavini hücuma məruz qalmış jurnalistlə görüşdü

GÜNDƏM 09 may 2022, 13:42
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini polis polkovniki Vüqar Ələkbərov bıçaqlı hücuma məruz qalan jurnalist Aytən Məmmədova ilə görüşüb.

Bu barədə "Report"a jurnalistin özü bildirib.

O deyib ki, görüş zamanı rəis müavininə hadisə barədə ətraflı məlumat verib:

"Hazırda isə Binəqədi Rayon Polis İdarəsinin İstintaq idarəsinə gedirik. Araşdırmalar davam edir".

Qeyd edək ki, hadisə mayın 8-i gecə saatlarında Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda qeydə alınıb.

Belə ki, A.Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib.

Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Hadisə barədə Daxili İşlər Nazirliyinin "102" Zəng-Mərkəzinə müraciət edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top