Güclü külək Cəlilabadda bir sıra kəndləri işıqsız qoydu — YENİLƏNİB

HADİSƏ 07 may 2022, 21:38
Cəlilabadda güclü küləyin işıqsız qoyduğu kəndlərdə elektrik enerjisinin verilişi bərpa olunub. 

"Report"un Muğan bürosunun məlumatına görə, güclü külək rayonun bir neçə kəndini işıqsız qoymuşdu. 

Həmçinin köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində yol kənarında 4 ədəd ağac kökündən qoparaq aşırmışdı.

15:24
Cəlilabadda güclü külək kəndləri işıqsız qoyub.

“Report”un Aran bürosunun məlumatına görə, Cəlilabad rayonunda ötən gecədən başlayan güclü külək hələ də davam edir.

Nəticədə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində yol kənarında 4 ədəd ağac kökündən qoparaq aşıb.

Bundan başqa, Cəlilabadın elektrik təsərrüfatlarına da ziyan dəyib. Belə ki, rayonun Məmmədrzalı, Boyxanlı, Qarakazımlı, Sarxanlı, Kazımabad, Maşlıq, Muğan və Söyüdlü kəndlərində istismar müddəti başa çatmış elektrik naqilləri qırılıb. Nəticədə sözügedən kəndlər işıqsız qalıb.

Hazırda həmin kəndlərə elektik enerjisinin verilməsi istiqamətində işlər görülür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top