Azad olunmuş ərazilərdə ilk beynəlxalq yarış — Suqovuşanda su şousu (FOTO/VİDEO)

İDMAN 07 may 2022, 10:20
İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatası çərçivəsində xüsusi su şousu təqdim olunub.

Demokrat.az reqatadan özəl görüntüləri əldə edib.

Suqovuşan su anbarında iştirakçı ölkələr - Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistanın bayraqları ilə bəzədilmiş hidrosikllər dövrə vurublar. Eyni zamanda, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin idmanın inkişafına diqqət və qayğısından bəhs edən videoçarx nümayiş etdirilib.

Sonra Azərbaycanın bayrağı rəngində hava şarları səmaya buraxılıb.

Qonaqlar fleybordların çıxışını maraqla qarşılayıblar.

Suqovuşan su anbarında təşkil olunan yarışa Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı qatılıb. Onlar birnəfərlik kanoe, birnəfərlik və ikinəfərlik kayak qayıqlarında yeniyetmələr və gənclər arasında 200 və 500 metr məsafələrə yürüş ediblər.

Reqataya bu gün akademik avarçəkmə yarışları ilə Mingəçevirdə yekun vurulacaq.

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top