Havadakı toz dumanla bağlı AÇIQLAMA

SOSİAL 06 may 2022, 19:08
Bakı şəhərinin inzibati rayonları üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan bu gün saat 18:00-da əldə olunmuş məlumatlara əsasən, dispers toz hissəciklərinin miqdarı Bakı şəhərinin Xətai rayonunda 2,2 dəfə normadan çox olub.

Demokrat.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. 

"Müşahidə edilən tozlu hava şəraiti lokal xarakterlidir. Belə ki, güclü şimal-qərb küləyinin təsirindən torpağın üst quru səthində formalaşan toz kütlələri ətrafa yayılır", - o qeyd edib.

G.Məmmədova qeyd edib ki, küləkli hava şəraiti ilə əlaqədar olaraq yaxın iki gün ərzində tozun miqdarının normadan çox olacağı gözlənilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top