Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş Salyan rayon çempionatına start verildi

GÜNDƏM 04 may 2022, 18:40
04 may 2022 –ci il tarixdə Salyan rayon Olimpiya İdman Kompleksində Salyan rayon İcra Hakimiyyəti ,Salyan rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş idarə, təşkilat və müəssisələr arasında futzal idman növü üzrə rayon çempionatına start verilmişdir.

Çempionatın açılışında idarə, təşkilat və müəssisələrin futzal komandaları , Salyan rayon Gənclər və İdman İdarəsinin kollektivi, rayonun idman ictimaiyyəti və futzal həvəskarları iştirak edirdi.

İlk öncə Dövlət himni səsləndirildi , sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov bildirdi ki, Ulu Öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın və azərbaycanlıların Ümummilli lideridir.Bu dahi şəxsiyyət haqqında danışarkən öncə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən Ümummilli liderimiz bugünkü müstəqil Azərbaycanın memarıdır.

Çempionatın I turunda açılış oyununda Salyan Rayon Polis Şöbəsinin və Salyan Rayon Təhsil Şöbəsinin komandaları qarşılaşmış və gərgin idman mübarizəsi şəraitində keçən oyun 2:2 hesablı heç-heçə ilə bitmişdir. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş idarə, təşkilat və müəssisələr arasında futzal idman növü üzrə rayon çempionatında 8 komandanın iştirak etdiyi çempionatda yarışlar hər qrupda 4 komanda olmaqla 2 qrup üzrə A və B qrupları üzrə keçirilir. 04-10 may 2022 – ci il tarixlərdə baş tutacaq futzal üzrə rayon çempionatında aşağıdakı qruplar üzrə oyunlar keçiriləcəkdir.

A qrupunda Salyan rayon Polis Şöbəsi, Salyan Rayon Təhsil Şöbəsi , Dövlət Yanğından Mühafizə Hissəsi və Müdafiə Nazirliyinin N saylı Çuxanlı hərbi hissəsinin komandaları mübarizə aparacaqdır.

B qrupunda Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi , Müdafiə Nazirliyinin N saylı Babazanlı hərbi hissəsi, Salyan Regional Qaz İstismar İdarəsi və Salyan rayon Olimpiya İdman Kompleksinin komandaları mübarizə aparacaqdır. Çempionata 10 may 2022-ci il tarixdə yekun vurulacaqdır.

04 may 2022 –ci il tarixdə çempionatın I oyun günündə aşağıdakı nəticələr qeydə alınmışdır:

Polis - Təhsil 2:2

FHN Muğan - Hərbi hissə Babazanlı 4:2

DYMH - Hərbi hissə Çuxanlı 8:2

Salyan RQİİ - Salyan OİK 1:6

05 may 2022 – ci il tarixdə çempionatın II oyun günündə aşağıdakı oyunlar keçiriləcəkdir.

Saat 10: 00 Polis - DYMH

Saat 11: 00 FHN Muğan - Salyan RQİİ

Saat 12: 00 Təhsil - Hərbi hissə Çuxanlı

Saat 13: 00 Hərbi hissə Babazanlı - Salyan OİK

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top