Bakıda moped sürücüsünü döyən şəxs həbs olundu

HADİSƏ 26 apr 2022, 14:30
Bakıda yol vermədiyi üçün moped sürücünə güc tətbiq edən Sultan Dadaşov məhkəmə qarşısına çıxarılıb.

Məhkəmənin qərarı ilə Sultan Dadaşov barəsində 25 sutka inzibati qaydada həbs qərarı verilib.

Xatırladaq ki, sözügedən hadisə ilə bağlı ötün gün sosial şəbəkədə görüntülər yayılıb.

“Lexus” 10 VX 707 dövlət qeydiyyat nişanlı minik avtomobili ona yol verməyən moped sürücüsünü əvvəlcə avtobillə sıxaraq xəsarət yetirib.

Daha sonra “Lexus”-un sürücüsü Sultan Dadşov avtomobildən düşərək digər sürücüyə qarşı təhqiredici ifadələr işlədib, fiziki güc nümayiş etdirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma başlanılıb.(apa.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top