0:8 hesabı ilə uduzan baş məşqçinin istefası qəbul edildi

İDMAN 16 apr 2022, 16:18
“Şamaxı” klubu baş məşqçi Sənan Qurbanovun istefasını qəbul edib.

Demokrat.az xəbər verir ki, klub rəhbərliyinin qərarı ilə baş məşqçi vəzifəsinin icrası Rüstəm Əliyevə tapşırılıb.

Komandanın sabiq futbolçusu, bu ay karyerasını rəsmən başa vuran Rail Məlikov isə “Şamaxı-2”nin baş məşqçisi olub.

Qeyd edək ki, Sənan Qurbanov dünən “Qarabağ”a 0:8 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur oyunundan sonra istefa verdiyini açıqlayıb.

Nadir
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top