Abramoviçin 7 milyard dollarlıq aktivi donduruldu

DÜNYA 13 apr 2022, 20:35
Cersi Kral Məhkəməsi rusiyalı oliqarx Roman Abramoviçin 7 milyard dollarlıq aktivlərinin  dondurulmasına qərar verib. Polis milyarderlə əlaqəli əmlakda axtarışlar aparır.

Demokrat.az  xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Rusiyalı milyarder Abramoviç Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Böyük Britaniya və Avropa İttifaqının sanksiyalar siyahısına salınıb. Onun yaxtalarını və digər lüks mallarını müsadirə etmək, habelə aktivlərini dondurmaq üçün tədbirlər görülür. Cersi polisi Abramoviçin kommersiya fəaliyyəti ilə əlaqəli binalara basqın edib.

Məhkəmə bildirib ki, Abramoviçlə əlaqəsi olduğu güman edilən,  Cersidə yerləşən, Cersidə qeydiyyatdan keçmiş qurumlara məxsus olan dəyəri 7 milyard ABŞ dollarından çox olduğu aktivlərə dair rəsmi dondurma qərarı çıxarıb.

 Abramoviçə məxsus dəyəri təxminən 1,2 milyard dollar olan superyaxtalar da Türkiyənin cənub-qərbində dayanıb. Sanksiya tətbiq olunmazdan əvvəl Abramoviç “Çelsi” futbol klubunu satmağa çalışsa da, Britaniya hökuməti bu prosesi dayandırıb.

Ukrayna prezidenti Volodimir Zelenski Amerika Prezidenti Co Baydendən Abramoviçə qarşı sanksiyalar tətbiq etməməyi xahiş edib, çünki o, Kiyev və Moskva arasında sülh danışıqlarına töhfə verə bilər. Eyni zamanda, oliqarx çətin vəziyyətdə qalıb. O , sanksiyalara görə Hollivud və Amerikanın dostlarından borc pul götürməyə məcbur olub.

Leyla
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top