Afətdən Flora Kərimovaya: "Bunun ömrü-günü məhkəmələrdə keçib"

ŞOU-BİZNES 02 apr 2022, 20:14
Müğənni Afət Fərmanqızı sosial şəbəkədə məhkəməlik olduğu Xalq artisti Flora Kərimova ilə bağlı paylaşım edib.
 
Sənətçi “Instagram” hesabında Flora Kərimovanın bu günə qədər məhkəməyə verdiyi şəxslərdən yazıb:
:
 “Baxın bu yaşda insanın etdiyi işlərə. Faiq Ağayev, Röya Ayxan, İlhamə Quliyeva, Ülviyyə Alovlu, sosial şəbəkə istifadəçisi gənc bir xanım və indi də mən. Nəticədə isə hələ heç kimin üzr istədiyi və ya cəza aldığını görmədik.
 
Əksinə, Faiq bəyin və İlhamə xanımın məhkəməni udduğunu bildik. Ülviyyə xanımla bağlı isə proses hələ də davam edir. Məndə də görməyəcəksən! Çünki qanun şahdır. Bunun ömrü-günü məhkəmələrdə keçib. Hələ bildiklərimiz bunlardır”.
 
Qeyd edək ki, Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunmasını tələb edir. İkili arasında ötən ay keçirilən məhkəməyə Flora xanım gəlsə də, Fərmanqızı bu prosesdə iştirak etməyib.


Arzu
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 may 2022, 18:34
Top