Şəhriyar növbəti dəfə heç-heçə oynadı

İDMAN 28 yan 2022, 20:28
Niderlandın Veyk-an-Zeye şəhərindəki şahmat üzrə "Tata Steel Chess" turniri davam edir.

“Demokrat.az” xəbər verir ki, qrossmeysterimiz Şəhriyar Məmmədyarov turnirdə növbəti görüşündə Sergey Karyakinlə (Rusiya) qarşılaşıb. Ağ fiqurlarla oynayan 37 yaşlı şahmatçımız 23-cü gedişdə heç-heçəyə razılaşıb.

Bu nəticədən sonra xallarını 6,5-ə çatdıran Məmmədyarov 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə əvvəlki kimi 7 xalla norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top