Azərbaycanda əsasən hansı ölkələrin vətəndaşları təhsil alır?

SOSİAL 19 yan 2022, 21:18

Azərbaycanın ali təhsil müəssisələrində ölkə vətəndaşları ilə yanaşı, 82 xarici ölkədən 6,4 min tələbə təhsil alır.

Əcnəbi tələbələr sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, İraq, Pakistan İslam Respublikası, Hindistan və Çinin vətəndaşları üstünlük təşkil edirlər.

2021/2022-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 717 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 29,0 faizi Bakı, 71,0 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır.

Tələbələrin əksəriyyəti Türkiyə, Rusiya, Macarıstan, Çin, Birləşmiş Krallıq və Latviyanın ali təhsil müəssisələrində təhsil alır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top