Qış olimpiadası ilk dəfə Azərbaycanda yayımlanmayacaq

İDMAN 18 yan 2022, 18:28
Azərbaycanda ilk dəfə Qış Olimpiya Oyunları canlı yayımlanmayacaq.

Demokrat.az xəbər verir ki, Çinin paytaxtı Pekində keçiriləcək olimpiadanı heç bir telekanal ekranlara gətirməyəcək.

Daha əvvəl Pxençxan-2018 "İdman TV"də, Soçi-2014 və Vankuver-2010 "İctimai TV"də yayımlanıb.

Qeyd edək ki, Pekin-2022 4 - 20 fevralda keçiriləcək. Azərbaycanın fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova olimpiadaya lisenziya qazanıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top