Dünya

"Instagram"ın işində problemlər yaranıb

Instagramın işində problemlər yaranıb

"Instagram" sosial şəbəkəsinin işində problemlər müşahidə olunur. Bubarədə Downdetector servisi xəbər yayıb.

Sosial şəbəkənin işindən ən çox şikayətlənən Avstriya, Almaniya, İspaniya, Niderland və Fransa istifadəçiləridir. Onlar əsasən sosial şəbəkənin xəbər lentinə girə bilmirlər.

Nasazlıqlar həmçinin Polşa, ABŞ, Türkiyə, İsveç və Rusiyada da müşahidə olunub.

D
demokrat.az