İsveçrədə koronavirusa yoluxanların sutkalıq sayında rekord qeydə alınıb.
Ölkənin Federal Səhiyyə İdarəsindən bildirilib ki, son 24 saat ərzində 13,375 yeni COVID xəstəsi müəyyən edilib.
Bununla dapandemiya zamanı yoluxanların ümumi sayı 1 276 781 nəfərəçatıb.Əvvəlki rekord göstərici dekabrın 8-də qeydə alınıb.Ozaman həkimlər gün ərzində 12 598 yoluxma halıaşkar ediblər.
Həmçinin, son 24 saat ərzində İsveçrədə 17 nəfər koronavirusdan ölüb ki, bununla da pandemiyanın başlamasından indiyədək ölkə üzrə COVID qurbanlarınınümumi sayı 11 817 nəfərə çatıb.
Qeyd edək ki, İsveçrə oktyabrın ortalarından bəri pandemiyanın beşinci dalğasını yaşayır. Artıq koronavirusun “Omikron” ştammı ölkədə dominant ştama çevrilib.


