Dünya

Rusiya-NATO Şurasının iclası bu tarixdə keçirilə bilər

Rusiya-NATO Şurasının iclası bu tarixdə keçirilə bilər

Rusiya-NATO Şurasının iclası yanvarın 12-də baş tuta bilər.

Bu barədə "Anadolu" agentliyi Şimali Atlantika Alyansındakı mənbələrə istinadən xəbər verir.

Qeyd edilib ki, bu tarixi blokun baş katibi, eyni zamanda Şuranın sədri olan Yens Stoltenberq müəyyənləşdirib.

"Biz bu məsələ ilə bağlı Rusiya ilə əlaqə saxlayırıq", - mənbə bildirib.

Agentlik vurğulayıb ki, həmin gün Brüsseldə NATO-ya üzv ölkələrin Baş Qərargah rəislərinin görüşü də nəzərdə tutulub .

Xarici işlər nazirinin müavini Sergey Ryabkov "RIA Novosti"yə bildirib ki, əgər NATO və ABŞ Rusiyanın təhlükəsizlik zəmanəti tələbinə cavab verməsələr, bu, qarşıdurmanın yeni mərhələsinə gətirib çıxara bilər.

Demokrat.az

D
demokrat.az