Gündəm

Politoloq: “Brüssel görüşündən konkret nəticələr gözləməyə dəyməz”

Politoloq: “Brüssel görüşündən konkret nəticələr gözləməyə dəyməz”

“Brüsseldə Azərbaycan və Ermənistan arasında baş tutacaq görüş olduqca vacib və aktual mahiyyət daşıyır”.

Bunu Demokrat.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. Politoloq görüşün üçüncü tərəfsiz baş tutmasını liderlər arasında birbaşa ünsiyyət üçün müsbət addım ola biləcəyini diqqətə çatdırıb:

“Beynəlxalq Məhkəmənin Ermənistanın "əsirlərlə" bağlı iddiasını rədd etdiyini nəzərə alsaq, görüşdə Azərbaycan bütün mövzularda üstün mövqedə olacaq. İstisna deyil ki, Avropa İttiffaqı Qarabağ və Şərqi Zəngəzura humanitar məsələlərin həllini sürətləndirmək üçün maddi yardım ayırsın. Çox güman ki, görüşdə əsas fokus Üçtərəfli Bəyanat istiqamətində olacaq”.

Z.Məmmədov qeyd edib ki, görüşün Brüsseldə baş tutması görüşə xüsusi kalorit qatır: “Məlum məsələdir ki, Azərbaycan və Ermənistan arasındakı bütün ziddiyyətlərin müzakirəsində aparıcı qüvvə Rusiyadır. Hesab edirəm ki, bu görüşdən konkret nəticələr gözləməyə dəyməz. Amma, Qərbdəki belə görüşlər hər iki liderin demokratik ab - havada ünsiyyətləri üçün vacibdir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az