İdman

Qələbə qolunu vuran Abbas niyə ağladı?

Qələbə qolunu vuran Abbas niyə ağladı?

Konfrans Liqasının qrup mərhələsində baş tutan “Qarabağ” - “Kayrat” matçında qələbə qolunu vuran Abbas Hüseynov göz yaşlarını saxlaya bilməyib.

Demokrat.az xəbər verir ki, 90+2-ci dəqiqədə qalibiyyəti gətirən qolun müəllifi bunu göz yaşları ilə qeyd edib.

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Demokrat.az-a Abbas Hüseynovun qol vurduqdan sonra ağlamasının səbəbini açıqlayıb:

“Dünən rəhmətə gedən nənəsinə qol söz verən Abbas Hüseynov bu gün “Qarabağ”ın qələbə qolunu vurandan sonra göz yaşlarını saxlaya bilmədi”.

Malik Demokrat.az

D
demokrat.az