Dünya

İsrail İran generalını Suriyada qaçırıb

İsrail İran generalını Suriyada qaçırıb

İsrail xüsusi xidmət orqanı "Mossad" iranlı generalı qaçıraraq Afrika ölkələrindən birinə sorğu-suala aparıb.

Demokrat.az bu barədə “Rai Al Youm”a istinadən xəbər verir.

Məlumata görə, “Mossad” 1986 -cı ildə Livanda vurulan İsrail dənizçisi Ron Aradın taleyini və hansı şəraitdə öldüyünü öyrənməyə çalışıb.

Qeyd edək ki, qaçırılmanın ilə bağlı KİV-də dəqiq tarix göstərilmir. İsrail xüsusi xidmət orqanlarının ehtimallarına görə, iranlı general şturmanın taleyi haqda məlumatlı ola bilərdi. İsrailin Baş naziri Naftali Bennet daha öncə Knessetdə qış sessiyasının açılışında çıxış edərkən, Ron Aradın taleyi barədə informasiya əldə etmək məqsədilə xüsusi xidmət orqanlarının "cəsur əməliyyatı"ndan bəhs etmişdi. Əməliyyatın Suriyada aparıldığı bildirilirdi. Beləliklə, israillilər həmvətənlərinin taleyi ilə bağlı nəsə aydınlaşdıra bilmədilər. Buna görə də, İran generalı dindirildikdən sonra sərbəst buraxıldı.

Zamiq Demokrat.az

D
demokrat.az