Rusiya Prezidenti Vladimir Putin MDB sammitində iştirak etmək üçün oktyabr ayında Belarusa səfər etməyi planlaşdırır. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov "RİA Novosti"yə açıqlamasında bildirib. Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, o və Putin oktyabr ayında MDB ölkələrinin sammiti üçün Minskə səfərini razılaşdırıblar. Peskov məlumatı təsdiqləyərək deyib: "Bəli. Belə planlar var".
Putin Belarusa səfər edəcək
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


