Masallı sakini əri tərəfindən bıçaqlanıb. Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bədəninin müxtəlif yerlərindən 20-yə yaxın kəsilmiş-deşilmiş yaralar alan E.Ağayeva əməliyyata alınıb, vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.
Masallıda kişi arvadına 20 bıçaq vurdu
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


