Azərbaycanın işğaldan azad olunmuş ərazilərində erməni hərbçilərin cəsəd qalıqları tapılmaqda davam edir.
Demokrat.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu gün rəsmi Bakının icazəsi ilə Cəbrayıl rayonu ərazisinə buraxılan erməni axtarış qrupu daha 1 hərbçinin qalıqlarını tapıb.
Beləliklə, bu günə qədər azad olunmuş ərazilərdə 1648 erməni hərbçinin qalıqları tapılıb. /modern.az


