Əfqanıstanı ələ keçirən "Taliban" hərəkatı Qəznə vilayətində yerli radiostansiyalarda musiqini və qadınların işləməsini qadağan edib.
Demokrat.azxəbər verir ki, bu barədə “Pajhwok” agentliyi məlumat yayıb.
Bildirilib ki, qərar "Taliban" tərəfindən təyin edilən yeni liderlik tərəfindən yayımlanıb.
Daha əvvəl vilayətin polis məntəqələrindən birinin rəhbəri oalan Məhəmməd Haşim Qacinin "Taliban"ın vilayətə daxil olmasından sonra yoxa çıxdığı açıqlanmışdı. Qacinin yaxınları hələ də ondan xəbər ala bilmir.


