Dünya

Erməni xilasedicilər Tərtərdəki su anbarında təlim keçirdi... — FOTO

Erməni xilasedicilər Tərtərdəki su anbarında təlim keçirdi... — FOTO

Azərbaycanın Yuxarı Qarabağ torpaqlarının Rusiya hərbi kontingentinin nəzarətində qalan hissəsində hələ də tör-töküntüləri fəaliyyət göstərən separatçı-terrorçu erməni rejiminin qanunsuz “fövqəladə hallar xidməti”nin mətbuat xidməti guya erməni xilasedicilərin Sərsəng su anbarında təlim keçmələri haqda məlumat yayıb.

Demokrat.azxəbər verir ki, bu barədə Xankəndindəki separatçı nəşrlər yazıb.

Hər il yay mövsümündə keçirildiyi deyilən dalğıtəlimlərə qeyri-qanuni “fövqəladə hallar xidməti”nin rəisi Mexak Arzumanyanın rəhbərliyi ilə keçirilib. Xatırladaq ki, inzibati hüquqi cəhətdən Tərtər rayonuna aid olan Sərsəng su anbarı 1993-cü ildən Ermənistan ordusunun işğalı altında olub. Vikipediyanın Azərbaycan dilindəki məlumatında səhvən bu anbarın Azərbaycan tərəfindən istismar edildiyi yazılsa da, təəssüf ki, bu, belə deyil... /Moderator.az

D
demokrat.az