İdman

Ronaldo azərbaycanlı futbolçuya təşəkkür etdi — FOTO

Ronaldo azərbaycanlı futbolçuya təşəkkür etdi — FOTO

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo cənubi azərbaycanlı keçmiş futbolçu Əli Daeiyə təşəkkür edib.

Bu barədə Ronaldo "Instagram” hesabında paylaşım edib.

"Həqiqi çempionlar həmişəlik çempion olaraq qalır. Sizin kimi böyük futbolçudan bu cür sözləri oxuduğum üçün qürur duyuram. Çox sağ ol, Əli Daei”, - deyə K.Ronaldo yazıb.

Qeyd edək ki, K.Ronaldo AVRO-2020-nin qrup mərhələsinin son oyununda Fransa ilə qarşılaşmada fərqlənməklə İran millisinin keçmiş hücumçusu Əli Daeinin kişilər arasında milli komandada ən çox qol rekorduna çatıb. Əli Daei bu münasibətlə ulduz futbolçunu təbrik edib.

D
demokrat.az