Şou-biznes

Klarnet ifaçısı: "Elza xanımın şeirləri şairlərə böyük hörmətsizlikdir"

Klarnet ifaçısı: Elza xanımın şeirləri şairlərə böyük hörmətsizlikdir

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bəstəkar-müğənni Elza Seyidcahana irad bildirib. O "Həmin Zaur" proqramında əməkdar artistin şeirlərindən danışıb.

Demokrat.az xəbər verir ki, H.Məhəmmədoğlu Elza xanımın ali savadlı bəstəkar olduğunu söyləyib:

"Lakin şeirlərini bəyənmirəm. Dediyim kimi gözəl sənətkardır. Geyimləri də özünəməxsusdur. Şeirləri belə deyil. Məsələn, yazıb: "Dur sallanım boynundan, atlanım çiynindən". Belə olmaz axı. Bu, şairlərə böyük hörmətsizlikdir".

Verilişin aparıcısı Zaur Kamal E.Seyidcahanın şeirləri özü üçün yazdığını bildirərək onu müdafiə edib. Hüseyn isə Z.Kamalla razılaşmayıb:

"Elədirsə, sosial şəbəkələrdə yaymasın".(sherg.az)

D
demokrat.az