Dünya

Çində dəhşətli zəlzələ baş verdi

Çində dəhşətli zəlzələ baş verdi

Çinin şimal-qərbində Sinxay əyalətində 7,4 bal gücündə zəlzələ qeydə alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə Çinin Seysmoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanlar Qoloq-Tibet muxtar bölgəsinin Mado dairəsi yaxınlığında baş verib.

Episentr 17 kilometr dərinlikdə olub.

Ərazidə daha sonra, 6,4 bal və 5 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Həmin zəlzələlərin ocağı isə yer səthindən 8 kilometr dərinlikdə olub. Son məlumata görə, zəlzələ nəticəsində iki nəfər ölüb, doqquz nəfər yaralanıb.

D
demokrat.az