Dünya

Ermənistanda koronavirusdan ölənlərin sayı 4 300-ü ötdü

Ermənistanda koronavirusdan ölənlərin sayı 4 300-ü ötdü

Ermənistanda son sutkada koronavirusa 230 yoluxma qeydə alınıb.

Demokrat.az xəbər verir ki, məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 220 447-yə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 10 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 301-ə yüksəlib.

Koronavirusa yoluxan 207 464 nəfər sağalıb. Hazırda 7 267 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.(report.az)

D
demokrat.az