Dünya

İstanbulda güclü partlayış baş verdi

İstanbulda güclü partlayış baş verdi

Türkiyənin İstanbul şəhərində metro inşaatı zamanı güclü partlayış olub.

Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Pendik rayonundakı partlayış nəticəsində ətrafdakı iş yerlərinə, həmçinin bir xəstəxanaya ciddi ziyan dəyib.

Hadisənin başvermə səbəbi və zərərçəkənlər barədə hələlik heç bir açıqlama verilmir.

Partlayışla bağlı araşdırmalar davam etdirilir.

D
demokrat.az