Dünya

ABŞ və NATO qoşunlarını Əfqanıstandan vaxtından əvvəl çıxarır

ABŞ və NATO qoşunlarını Əfqanıstandan vaxtından əvvəl çıxarır

ABŞ və NATO qoşunların Əfqanıstandakı bir sıra bazalardan çıxarılmasına başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Əfqanıstanın paytaxtı Kabildə keçirilən konfransın gedişatında ABŞ və NATO-nun Əfqanıstandakı qoşunlarının komandanı general Skott Miller bildirib.

"Biz hərbçilərin bir sıra bazalardan çıxarılmasını həyata keçirməyə başladıq. Hərbçilər bütün bazalarını Əfqanıstanın hərbi qüvvələrinə verəcək" - deyə genaral qeyd edib.

ABŞ administrasiyası daha əvvəl elan edib ki, Əfqanıstandan qoşunların çıxarılması mayın 1-də başlayacaq və 11 sentyabra qədər yekunlaşacaq. Bildirilib ki, qoşunların çıxarılması prosesi müttəfiqlərlə tam koordinasiyalı formada gedəcək.

D
demokrat.az