İdman

Azərbaycan Kuboku: "Neftçi" mübarizəni dayandırdı

Azərbaycan Kuboku: Neftçi mübarizəni dayandırdı

Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Demokrat.az-ınməlumatına görə, bu raundun son cavab matçında "Zirə" və "Neftçi" komandaları üz-üzə gəliblər.

Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma qolsuz başa çatıb.

İlk oyunda rəqibinə 1:0 hesabı ilə qalib gələn "qartallar" iki görüşün nəticəsinə əsasən yarımfinala adlayıb. "Zirə"nin bu mərhələdəki rəqibi günün ilk matçında Gəncədə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edən "Keşlə" olacaq.

D
demokrat.az