Dünya

Merkelin partiyasının lideri seçildi

Merkelin partiyasının lideri seçildi

Almaniyanın hakim Xristian Demokrat İttifaqı Partiyasının yeni lideri seçilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Armin Laşet partiyanın bu gün keçirilən qurultayında sədr olaraq seçilib.

Xatırladaq ki, Almaniyanın hazırkı kansleri Angela Merkel Xristian Demokrat İttifaqı Partiyasının sədri postunu 2018-ci ilin oktyabrında tərk edib.

Bundan əlavə o, partiyasının səslərini itirməsindən sonra gözlənilməz qərarı ilə prezidentliyə və baş nazir postlarına namizəd olmayacağını açıqlamışdı.

Demokrat.az

D
demokrat.az