Dünya

İranlı general Trampı hədələdi: “Evinizin içində belə...

İranlı general Trampı hədələdi: “Evinizin içində belə...

“Qasım Süleymaniyə qarşı sui-qəsdə ABŞ-ın öz daxilində də cavab verilə bilər”.

Demokrat.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin (SEPAH) “Qüds” briqadasının komandanı, general İsmayıl Qəni deyib.

“Süleymani sui-qəsdinə ABŞ-ın daxilində belə cavab verə bilərik. Evinizin içində (ABŞ) belə, işlədiyiniz bu cinayətə cavab verəcək insanların olması mümkündür”, - general qeyd edib.

İsmnayıl Qəni ABŞ Prezidenti Donald Trampı da hədəf alıb: “Süleymani dünyanın ən qəddar və kirli insanı tərəfindən sui-qəsdə uğradı”./teleqraf.com

D
demokrat.az