Dünya

"Prezident postunu tərk etməyəcəyəm" — Lukaşenko

Prezident postunu tərk etməyəcəyəm — Lukaşenko

Son OMON-çu hakimiyyətdən getməyimi istəməyənədək prezident postunu tərk etməyəcəyəm.

Pravda.az-ın xəbərinə görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk şəhərinin Daxili İşlər İdarəsinin OMON dəstəsi ilə görüşündə bildirib.

“Son OMON-çu mənə “Get!” deməyənə qədər sizinlə çiyin-çiyinə bu ölkədə möhkəm dayanacağam, çünki nə sizin, nə də mənim bu ölkədən başqa heç nəyimiz yoxdur”, - deyə Belarus Prezidenti qeyd edib.

Belarus OMON-çuları A. Lukaşenkoya xüsusi xidmətlərinə görə qara beret təqdim ediblər. Belarusun dövlət başçısı da öz növbəsində hüquq-mühafizə orqanının əməkdaşlarına dövlət mükafatlarını təqdim edib.

Demokrat.az

D
demokrat.az