Dünya

Tanınmış braziliyalı yazıçı Quran ayəsi paylaşaraq İzmirə yardım edəcəyini açıqladı

Tanınmış braziliyalı yazıçı Quran ayəsi paylaşaraq İzmirə yardım edəcəyini açıqladı

Məşhur braziliyalı yazıçı Paulo Koelo İzmirdə baş verən zəlzələ səbəbilə zərər çəkənlərə yardım edəcəyini bildirib.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Paolo Koelo İnşirah surəsi 5-6-cı, “Hər çətinlikdən sonra bir rahatlıq vardır, həqiqətən hər çətinliyin ardından bir rahatlıq vardır” ayələrini paylaşaraq İzmirdə zərərçəkənlərə yardım edəcəyini açıqlayıb. O bildirib ki, yardımı beynəlxalq təşkilatlar vasitəsilə edəcək:

“Türk dostlarıma Beynəlxalq Qızılxaç Komitəsi vasitəsilə ianə edəcəyəm. Yardımın necə paylanacağına isə təşkilatlar özləri qərar verəcək”.

Demokrat.az

D
demokrat.az