Bolqarıstanın baş naziri Boyko Borisov karantinə alınıb.
Demokrat.az xəbər verir ki, buna səbəb müavini Nikolay Nankovun koronavirus testinin pozitiv çıxması olub.
“Nankov mənə COVİD- 19 nəticələrinin müsbət çıxması barədə məlumat verdi. Test verilib, məlumat gözləyirəm. Bu müddət ərzində özümü sosial həyatdan təcrid edəcəm. Biz nazirlə beş gün əvvəl təmasda olmuşuq”, deyə Borisov qeyd edib.(qafqazinfo.az)


