Gündəm

"Prezident İlham Əliyevə generalissimus fəxri rütbəsi şamil edilsin" — Əməkdar jurnalistdən TƏKLİF

Prezident İlham Əliyevə generalissimus fəxri rütbəsi şamil edilsin — Əməkdar jurnalistdən TƏKLİF

Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyini, İlham Əliyev isə ölkənin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan tarixin ona bəxş etdiyi ümummilli lider Heydər Əliyevlə fəxr edir, xalqımız bu gün dövlətimizin ərazi bütövlüyünü bərpa edən Azərbaycanın lideri İlham Əliyevlə qürur duyur. Tarixdən bəllidir ki, vətəni, torpağı düşmən tapdağından azad edən sərkərdələrə, dövlət başçılarına, xalqı arxasınca aparan liderlərə generalissimus fəxri rütbəsi verilir. Düşünürəm ki, bu gün bu fəxri rütbə Prezident İlham Əliyevə də şamil edilməlidir.

Bir çox dünya siyasətçiləri İlham Əliyevi bacarıqlı diplomat və bir neçə dildə sərbəst danışan yüksək zəkaya malik natiq kimi xarakterizə edirlər. Beynəlxalq diplomatiyada mükəmməl biliklərə malik İlham Əliyev islahatçı lider kimi qısa bir müddətdə Azərbaycanı modernləşdirərək dünya miqyasında inkişaf etmiş bir ölkəyə çevirib. Azərbaycanın perspektivlərini düşünən prezident dövlət siyasətini ölkənin insan, sosial-iqtisadi resurslarına əsaslanaraq qurur. Milli maraqların reallaşdırılması isə Prezident İlham Əliyev siyasətinin preoritetidir.

Azərbaycan xalqı öz liderini tam olaraq dəstəkləyir və dövlətimizin ərazi bütövlüyünün təmin olunmasında hamı bir əsgər kimi vətəni qorumağa hazırdı. Tarixin özü, yeni dövr Azərbaycan xalqına rəhbərlik missiyasını məhz İlham Əliyevə həvalə edib. Həqiqi bir lider, hər cür çətinliyə tab gətirmək və onu aşmaq üçün lazımlı bacarıqlara sahibdir və bu sınaqlar onu daha da gücləndirir. Xalqın, dövlətin lideri olmaq sadəcə dövlət başçısı olmaqdan daha böyükdür.

Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan!

Rəşad Nəsirov, əməkdar jurnalist Demokrat.az

D
demokrat.az