Azərbaycan əsilli rusiyalı iş adamı, Federasiya Şurasının keçmiş üzvü Fərhad Əhmədov erməni əsilli iş adamı Ruben Vardanyanın Dağlıq Qarabağdakı vəziyyətə müdaxilə tələbi ilə prezident Vladimir Putinə müraciətinə münasibət bildirib.
Demokrat.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.
Əhmədovun sözlərinə görə, o və Vardanyan Rusiyada ikinci vətənlərini tapıblar və burada sahibkar kimi yaşayıblar, bu səbəbdən bu ölkənin maraqları hər ikisi üçün çox əzizdir.
“Cavab ver, niyə Dağlıq Qarabağda baş verənlər barədə ruslara yanlış məlumat verirsən? Niyə əslində olmayan sözlərlə Prezident Putinə müraciət edirsən? ” – sahibkar “Exo Moskvı” saytındakı bloqda yazıb.
Əhmədov hesab edir ki, ermənilər əbədi məğlubedilməzliyi haqqında miflər çökəndə və Ermənistan rəhbərliyinin işlərinə cavabdeh olması ehtiyacının qoxusu gələndə Putinə və dünya ictimaiyyətinə müraciət edirlər.
İş adamının fikrincə, Ermənistan son rus məktəblərini bağlayır, Rusiyada isə hər kəsi aldadır, xüsusi rəftar tələb edir.
“Ermənistanı Rusiya dəstəkləyir və eyni zamanda arxasında Qərblə flört edirsiniz və ora qaçmaq istəyirsiniz, ancaq orda heç kimə lazım deyilsiniz” deyib Əhmədov.
“Rusiya üçün Ermənistan “daşınması çətin olan, qulpu olmayan çamadana bənzəyir, ancaq onu atmaq təəssüf doğurur”.
Milyarder vurğulayıb ki, Vardanyan Putinə qardaşlıq sevgisi və yardım sözləri ilə müraciət edərək, rus xalqının hissləri barədə ehtiyatsız və qeyri-ciddi şəkildə spekulyasiya edir.
“On illərdir ki, Rusiyada yaşayırsan., hələ də Rusiyanın özünüdərkinin əsas hissəsinin həqiqət və ədalət hissinin olduğunu anlamadın. İndi həqiqət, Ruben, heç bir halda Ermənistanın siyasi elitasının tərəfində deyil ” deyib.
Bakı əsilli Fərhad Əhmədov 1993-cü ildə Nortgaz şirkətinin səhmdarı olub. 2012-ci ilin noyabrında Nortgazın 49% -ni NOVATEK-ə satıb. İş adamı qazancın bir hissəsini Novatekin, eləcə də London və Moskva birjalarında satılan LUKOIL, Gazprom, Norilsk Nikel, Sberbank və Magnitin səhmlərinə yatırdıb.


