Gündəm

Çingiz Əliyev: "Azərbaycan torpaqları işğaldan tam azad olmalıdır"

Çingiz Əliyev: Azərbaycan torpaqları işğaldan tam azad olmalıdır

“28 ildən artıqdır ki, Ermənistan bütün beynəlxalq qanunları tapdalayaraq Azərbaycan ərazilərini işğalda saxlayır. Bu yolverilməzdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Rusiya Federasiyasının Tuva Respublikası Xuralının (Parlament) Kızıl şəhərinin deputatı, Tuva Karate Federasiyasının prezidenti tanınmış idmançı və ictimai xadim Çingiz Əliyev bildirib.

Deputat qeyd edib ki, Rusiya Fedarasiyası Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir: ”Sentyabr ayının 27-də Ermənistanın yenidən Azərbaycanın ərazisinə hücumu ilə başlayan Qarabağ müharibəsi yenə də Ermənistanın vandalizm aktları ilə yadda qalır. Aldığımız məlumatlara görə, Ermənistan ordusu cəbhə xəttindən çox uzaqda yerləşən şəhər və rayonlara, mülki əhaliyə ağır silahlardan atəş açır. Nəticədə isə xeyli günahsız insan və infrastruktur dağılıb”.

Çingiz Əliyev bildirib ki, Rusiya Prezidenti Vladimir Putin müharibə ilə bağlı sualı cavablandırarkən dəqiqliklə qeyd elədi ki, Rusiya qonşuların işinə qarışmır. Bundan əlavə rusiyanın digər yüksək rütbəli məmurları da dəflərlə açıqlayıblar ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. O ki, qaldı mənə bir azərbaycanlı olaraq burdan bir daha bəyan edirəm ki, Azərbaycan torpaqları işğaldan tam azad olmalı, 28 illik həsrətə son qoyulmaldıır. Qarabağ Azərbaycandır, vəssalam!

D
demokrat.az