
Sentyabrın 8-də Mingəçevirdə aptekdə əri tərəfindən bıçaqlanan qadın bu gecə xəstəxanada dünyasını dəyişib.
Demokrat.az xəbər verir ki, 1980-ci il təvəllüdlü şəhər sakini Könül Mirzəyevanın həyatını xilas etmək mümkün olmayıb. O, bu gecə dünyasını dəyişib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi açılıb.(apa.az)