Adil Əliyev vəzifəsindən getdi — FOTO

İDMAN 09 sen 2020, 22:00

Milli Məclisin vitse-spikeri Adil Əliyev Azərbaycan Kikboksinq Federasiyasının prezidenti vəzifəsindən istefa verib.


Demokrat.az-ın xəbərinə görə, bu barədə Adil Əliyevin özü məlumat verib. 


O, artıq yeni federasiya prezidentinin adını da ictimaiyyətə açıqlayıb:


"Əziz dostlar, Azərbaycan Kikboksinq Federasiyasında rəhbər dəyişikliyi oldu. 


Sentyabrın 7-də federasiyanın idarə heyətinin onlayn iclası keçirildi. İdarə heyətinin qərarına əsasən Orxan Əliyev Azərbaycan Kikboksinq Federasiyasının prezidenti seçildi. İnanıram ki, Orxan Əliyev federasiyanın əvvəlki uğurlarını davam etdirəcək və effektiv fəaliyyət göstərərək daha böyük uğurlara imza atacaq.


Azərbaycan Kikboksinq Federasiyası ölkədə və beynəlxalq arenada stabil və inkişaf etmiş idman birliyi kimi qəbul olunur. Sıralarında minlərlə idmançını birləşdirir. Federasiyada ölkəmiz üçün sağlam və vətənpərvər gənclər yetişir. Məni federasiyanın fəxri prezidenti seçdikləri üçün idarə heyətinin üzvlərinə öz təşəkkürümü bildirirəm".

 

No description available.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top