Dünya

Dünyada COVID-19-dan ölənlərin sayı 880 minə yaxınlaşdı

Dünyada COVID-19-dan ölənlərin sayı 880 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.

Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, dünyada koronavirusdan ölənlərin sayı 879 min 653-ə çatıb. Yoluxanların sayı isə artaraq 26 milyon 831 min 628 olub.

Bu günə qədər yeni növ koronavirusdan sağalanların sayı isə 18 milyon 935 min 586-dır.

Qeyd edək ki, COVİD-19-a yoluxma sayına görə dünyada ilk sırada ABŞ dayanır. Həmin ölkədə bu günə qədər 6 milyon 389 min 413 nəfər koronavirusa yoluxub, 192 min 132 nəfər isə həmin xəstəlikdən vəfat edib.

Demokrat.az

D
demokrat.az