İdman

"Qarabağ"ın pley-offdakı potensial rəqibi müəyyənləşdi

Qarabağın pley-offdakı potensial rəqibi müəyyənləşdi

"Qarabağ" komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

Demokrat.az xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsində Norveç "Molde"sini mübarizədən kənarlaşdırsa, “Ferentsvaroş” (Macarıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi üz-üzə gələcək. Ölkə çempionu ilk oyununu evdə keçirəcək.

Pley-off mərhələsinin ilk matçları 22 - 23 sentyabr, cavab qarşılaşmaları idə 29 - 30 sentyabr tarixlərində oynanılacaq.

Qeyd edək ki, "Qarabağ" - "Molde" oyunu sentyabrın 16-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.(report.az)

D
demokrat.az