Cənubi Afrikada məscidlərdə azanın səsgücləndiricilərlə oxunmasına qoyulan qadağa insanların etirazına səbəb olub.
Demokrat.az xəbər verir ki, Yohannesburq Media Təftiş Şəbəkəsinin rəhbəri Cassat, irqi ayrı seçkilik dövrünün geridə qalmasına baxmayaraq, azana qadağa qoyulmasının təəssüf doğurduğunu söyləyib. O, azanla bağlı qadağanın qətiyyətlə qəbuledilməz olduğunu bildirib.
Cənubi Afrika Müsəlman Şəbəkəsinin (SAMNET) başçısı Faysal Suliman da KvaZulu-Nataldakı hadisəni qınayaraq, müsəlman icmasını azan əleyhinə verilmiş qərara etiraz etməyə çağırıb.
Qeyd edək ki, 2018-ci ilin dekabrında hökumətin, ölkədə azanı qadağan etməyi planlaşdırdığı iddia edilmişdi. 28 avqustda isə Pretoriadakı məscidlərdə azan oxunmasını qadağan edib.(yeniavaz.com)


