Dünya

Bu ölkədə fabrikin 300-ə qədər işçisi koronavirusa yoluxdu

Bu ölkədə fabrikin 300-ə qədər işçisi koronavirusa yoluxdu

Böyük Britaniyada Norsampton şəhərində yerləşən “Greencore” sendviç fabrikində 292 işçinin koronavirus testi müsbət nəticələnib.

APA-nın yerli müxbirinin məlumatına görə, fabrikin rəhbərliyi digər işçilərin də test olunacağını açıqlayıb: “Fabrik ərazisində genişmiqyaslı sosial məsafə tədbirləri, ciddi gigiyena prosedurları və müntəzəm temperatur yoxlanışı mövcuddur və işçilərimizin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edirik”.

D
demokrat.az