İdman

Ronaldo yeni rekordlar müəyyənləşdirdi

Ronaldo yeni rekordlar müəyyənləşdirdi

İtaliyanın "Yuventus" klubunun ulduz futbolçusu Kriştianu Ronaldo yeni rekordlara imza atıb.

Demokrat.az xəbər verir ki, 35 yaşlı hücumçu buna A Seriyasının XXXIV turunda "Latsio" ilə matçda nail olub.

Portuqaliyalı forvard İtaliya çempionatı tarixində 50 qola ən tez çatan futbolçudur. Ronaldo 61 qarşılaşmada 50 dəfə fərqlənib.

Hücumçu həmçinin İtaliya, İngiltərə və İspaniya çempionatlarında ən az 50 qol vuran ilk oyunçu kimi də tarixə düşüb.

Ronaldo 1952-ci ildən bəri Turin təmsilçisində bir mövsüm ərzində 30 qol vuran ilk futbolçu olub.

Qeyd edək ki, "Yuventus" "Latsio"nu 2:1 hesabı ilə məğlub edib. Komandanın hər iki qolunu Ronaldo vurub.

D
demokrat.az