Daha bir vəzifəli şəxs işdən çıxarıldı

HADİSƏ 10 iyl 2020, 23:15

Ağstafa Rayon İcra Hakimiyyətində daha bir vəzifəli şəxs vəzifəsindən azad edilib.


Demokrat.az “Report”a istinadən xəbər verir ki, İnformasiya təminatı və təhlili işləri sektorunun müdiri Leyla İsayeva işindən kənarlaşdırılıb. 


Daha əvvəl Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri Aydın Hacıyev tutduğu vəzifədən azad edilib.

 

Qeyd edək ki, hər iki vəzifəyə yeni təyinat həyata keçirilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top