Lukaşenko müharibənin nə zaman başlayacağını açıqladı

DÜNYA 30 iyun 2020, 23:00

“Nə qədər ki insanlar abidələr yaradır və onları ziyarətə gəlirlər, müharibə olmayacaq”.


Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Rjev şəhəri yaxınlığında sovet əsgərinin abidəsinin açılışında deyib:


“Bu müqəddəs məkanlara gedən yolu unutsaq, onda mütləq vuruşmağa başlayacağıq”.


Belarus liderinin sözlərinə görə, müharibə həmişə qan, dəhşət və ölümdür.


O əlavə edib ki, Rjev sərhəddir, “inanılmaz qiymətə başa gələn qarşıdurma”dır:


“Bu şəhərin arxasında “ölkəmizin paytaxtı və bütün böyük ölkəmiz dayanıb”.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top