Dünya

Türkiyədə mikroavtobus qəzaya düşdü — 41 yaralı var

Türkiyədə mikroavtobus qəzaya düşdü — 41 yaralı var

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Sabah” xəbər verir ki, Van əyalətində qeyri-qanuni miqrantları daşıyan mikroavtobus qəzaya düşüb.

Qəza nəticəsində bir nəfər ölüb, 41 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hadisə ilə bağlı araşdırmaya başlanılıb. O da bildirilir ki, qeyri-qanuni miqrantların daşınmasını təşkil edən şəxslər də artıq polislər tərəfindən saxlanılıb. (Oxu.az)

D
demokrat.az